1 fevral tarixində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İB-nin təşkilatçılığı, "Moon Group" və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının tərəfdaşlığı ilə "Yaşıl dünya" naminə həmrəylik ili, Gənclər üçün qrantlar, Qarabağda Dirçəliş, Dayanıqlı inkişaf məqsədləri mövzular ətrafında müsabiqə keçirilmişdir.
Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Respublikası Gənclər Fondunun əməkdaşları, Yelo Bankın məsul şəxsləri də iştirak etmişdir.
Layihə çərçivəsində gənclər müəyyən vaxt ərzində komanda şəklində layihələrini hazırlayaraq münsiflər heyətinə təqdim etmiş, münsiflər heyətinin qərarı ilə seçilmiş 1 layihə İctimai Birlik tərəfindən maliyyələşdirilərək, layihənin həyata keçirilməsi qərarlaşdı. 2-ci və 3-cü yerin qaliblərinə isə tərəfdaşlardan promo məhsullar, təlim paketləri, endirim kuponları təqdim olundu.
İCMA-nı layihənin münsiflər heyətində İdarə Heyətinin üzvü Mehman Məmmədov təmsil etmişdir.