2 fevral tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyası ilə “Arpaçay” karate klubu arasında görüş baş tutub. İkitərəfli görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub və Assosiasiyanın tərkibindəki müvafiq komissiyanın gələcək fəaliyyəti haqqında məlumat verilib.
Görüşün sonunda “Arpaçay” karate klubunun təşkil etdiyi Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş karate üzrə 9-cu “Arpaçay” açıq çempionatına dəstək olduğuna görə İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev klubun prezidenti, 5-ci DAN qara kəmər ustası Yavər Hüseynov tərəfindən fəxri diplomla təltif olunub.