2 fevral tarixində “Gələcək üçün Assosiasiyalar” fəaliyyətinin layihə meneceri Kristina Məmmədova və layihə konsultantı Vüsalə Lətifova İş adamları Cəmiyyətinin Milli Assosiasiyanın ofisində qonaq olub. Görüşdə İCMA - nın İdarə Heyətinin sədri Tural Mustafayev və sədr müavini İlkin Rəcəbli iştirak edib. Qonaqlara İCMA - nın fəaliyyəti və gələcək layihələr haqqında məlumat verilmiş, həmçinin qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilmişdir. Kristina Məmmədova “Gələcək üçün Assosiasiyalar” layihəsi assosiasiyaların fəaliyyətinin təkmilləşdirilməsində xüsusi rol oynadığını bildirib.
Xatırladaq ki, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası “Gələcək üçün Assosiasiyalar” layihəsinin benefisiarlarındandır. "Gələcək üçün Assosiasiyalar” Fəaliyyəti Azərbaycan Mikromaliyyə Assosiasiyası konsortiumun aparıcı təşkilatı olaraq UDPO, FSİC və beynəlxalq partnyorla 3 illik biznes və peşəkar assosiasiyaların inkişafı proqramıdır. “Gələcək üçün Assosiasiyalar” fəaliyyəti layihədə iştirak edən assosiasiyaların bacarıqlarını artıraraq Azərbaycanda biznes və peşəkar assosiasiyaların ölkənin iqtisadi inkişafında rolunu gücləndirməyi hədəfləyir.