Qan Donorluğunun İnkişafı Mərkəzi və İnclusive Organization Team-in təşkilatçılığı, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının rəsmi tərəfdaşlığı, "Moon Group"-un tərəfdaşlığı ilə 3 fevral tarixində "Mənim Qəhrəmanım" adlı konsert proqramı keçirilib.
Konsert irsi qan xəstəliyi və inclusivliyi olan şəxslərin görüşünü, eyni zamanda Prezident seçkisində Cənab İlham Əliyevə dəstək məqsədini özündə daşıyır. Konsert proqramında tanınmış incəsənət nümayəndələri də səhnə alıb.
Tədbirdə ümumi 400 nəfər iştirak edib, rəsmi qonaqlar sırasında deputatlar və digər dövlət rəsmiləri də yer alıb.