İCMA-nın tərkibində fəaliyyət göstərən Pəncərə İstehsalçıları Komissiyasının təşəbbüsü ilə işgüzar səhər yeməyi keçirilib.
Tədbirdə sektorun inkişaf perspektivləri, əməkdaşlıq imkanları və qarşıda duran prioritetlər ətrafında fikir mübadiləsi aparılıb.
Pəncərə İstehsalçıları Komissiyasının sədri Fizuli Bayramov çıxış edərək komissiyanın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər və gələcək əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
Görüşdə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının (ATİA) İdarə Heyətinin sədri Ramiz İsayev çıxış edərək sahənin inkişafı, özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin əhəmiyyətindən bəhs ediblər.