İCMA-nın tərkibində fəaliyyət göstərən “Mebel komissiyası”nın komissiyaya üzvü olan şirkətlərin ilk ofis ziyarəti təşkil olunub.

Aprelin 9-da İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA-nın tərkibində fəaliyyət göstərən “Mebel komissiyası”nın komissiyaya üzvü olan şirkətlərin daha yaxından tanınması məqsədilə ilk ofis ziyarəti təşkil olunub.
Ofis ziyarəti Azərbaycanda bağ mebellərinin istehsalı sahəsində böyük bazar payına sahib şirkətlərdən biri olan “NS Rattan” şirkətində baş tutub. Görüş çərçivəsində şirtəkin təsisçi-direktoru Nüsrət Abdullayev fəaliyyət isitqamətləri haqqında məlumat verib. Şirkətin bağlı və açıq məkanlar üçün xüsusi incəliklə istehsal etdiyi hörmə mebellərlə tanışlıq olub. Onu da qeyd edək ki, istehsal zamanı istifadə edilən bütün materiallar Beynəlxalq standartlara uyğundur. Hal-hazırda şirkət Yunanıstan, Qazaxıstan, Rusiya, Özbəkistan və s. ölkələrə ixracat edir.
Bununla yanaşı görüşdə mebel sahəsində olan idxal və ixracatla bağlı bir sıra mövzular da müzakirə edilib.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq