1 may tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Mebel Komissiyası”nın üzvləri Azərbaycanda səfərdə olan, mebel sənayesinin tanınmış nümayəndəsi, Saloni mebel şirkətinin qurucusu Haluk Özbek ilə axşam ziyafətində bir araya gəlib.
Səmimi və məhsuldar atmosferdə keçən görüş zamanı mebel sənayesində həyata keçirilən təşəbbüslər, beynəlxalq bazarlara çıxış imkanları, yerli istehsalın gücləndirilməsi və innovativ yanaşmaların tətbiqi kimi bir sıra mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin Azərbaycanda mebel sektorunun inkişaf perspektivləri, ixrac potensialının artırılması və regional əməkdaşlığın gücləndirilməsi yolları barədə müzakirələr apararaq, gələcək əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.




