KOBİA yanında İctimai Şura Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə görüş keçirib.

KOBİA yanında İctimai Şura Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə görüş keçirib. Görüşdə dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.

Biznes assosiasiyalarının fəaliyyətinin genişləndirilməsi, qanunvericilik aktlarının qəbulu zamanı sahəvi assosiasiyaların rəy və təkliflərinin öyrənilməsinin əhəmiyyəti bir daha agentlik rəsmilərinin diqqətinə çatdırılıb. Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin artırılması və KOBİA ilə əməkdaşlığın dərinləşdirilməsi üçün təkliflər irəli sürülüb.

Biz də İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA olaraq təşkil olunan görüşdə iştirak etdik. Ümidvarıq ki, görüşün nəticəsi olaraq qəbul edilən qərarlar üçtərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verəcək.

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub