Sentyabrın 3-də İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev ilə Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev arasında görüş baş tutub.
Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri, sahibkarlıq mühitinin inkişafı və biznes dairələrinin bir-biri ilə daha sıx inteqrasiyası məsələləri ətrafında müzakirələr aparılıb. Tərəflər, zərgərlik sahəsində fəaliyyət göstərən sahibkarların maraqlarının müdafiəsi, onlara yeni imkanların yaradılması, həmçinin müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Hər iki qurum, əməkdaşlığın həm yerli sahibkarların inkişafına, həm də ümumilikdə biznes mühitinə müsbət töhfə verəcəyinə inam ifadə edib.


