İCMA-nın üzvləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri arasında görüş baş tutub.

Avqustun 29-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı KOB evində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri arasında görüş baş tutub.

“Keyfiyyətin idarəedilməsi və ISO standartları sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin idarəetmə sistemlərinin və personalı sertifikatlaşdırılması şöbəsinin müdiri Saday Əliyev, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdir müavini Nigar İsmayılzadə Əsgərova iştirak edib.

Görüşdə İCMA üzvləri ilə adıçəkilən qurumlar arasında keyfiyyət standartlarının tətbiqi, ISO sertifikatları ilə bağlı mövcud imkanlar və qarşılaşılan çətinliklər, eləcə də peşə təhsilinin inkişafı, ixtisaslı kadr hazırlığı və tərəfdaşlıq imkanlarının genişləndirilməsi mövzularında ətraflı müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb.

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilib

Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib

“4-cü Marsol Zəfər Kuboku” intellektual yarışı keçirilib.