İCMA-nın üzvləri “Biznes Tur” çərçivəsində Qax Rayon İcra Hakimiyyətinin başçısı cənab Musa Şəkiliyevlə görüşüldü.

Fevralın 1-i “Biznes Tur” çərçivəsində Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri Qax Rayon İcra Hakimiyyətinin başçısı cənab Musa Şəkiliyevlə görüşüb.

Görüş zamanı Qax rayonunda investisiya imkanları, iş yerlərinin artırılması və sahibkarların biznes layihələri, eləcə də Qaxın iqtisadi inkişafı üçün əməkdaşlıq perspektivləri haqqında Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev məlumat verib, sahibkarlar suallarını ünvanlayıblar.

Həmçinin, İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə regionlarda təşkil olunan fəaliyyətlər, eləcə də gələcək üçün nəzərdə tutulan layihələr haqqında məlumat verib.

İnanırıq ki, sahibkarların təşəbbüsləri regionun iqtisadi və sosial inkişafına əhəmiyyətli töhfələr verəcək.

Digər xəbərlər

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirilib