İCMA-nın təşkilatçılığı ilə I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi – “IHMC Baku 2026” öz işinə başlayıb

İCMA-nın təşkilatçılığı ilə I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi – “IHMC Baku 2026” öz işinə başlayıb. 3–4 iyulda təşkil olunan beynəlxalq konqres səhiyyə idarəçiliyi sahəsində bilik və təcrübə mübadiləsinin təşviq edilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müasir idarəetmə yanaşmalarının müzakirəsi məqsədi daşıyır.

Konqres İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Medmarka, Zuraya Global MedicalE44ort Global şirkətlərinin təşkilatçılığı ilə keçirilir. Tədbir səhiyyə idarəçiliyi sahəsində bilik və təcrübə mübadiləsinin təşviq edilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və müasir idarəetmə yanaşmalarının müzakirəsi məqsədi daşıyır.

Tədbirdə ABŞ, Türkiyə, Almaniya, Rusiya, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələrdən ümumilikdə 10 ölkəni təmsil edən səhiyyə menecmenti üzrə nüfuzlu mütəxəssislər iştirak edirlər. Konqresin beynəlxalq sədri Şimali Kipr Türk Respublikasının Səhiyyə naziri Hakan Dinçyürek, milli həmsədri isə Rəşad Mahmudovdir.

İki gün davam edəcək konqres çərçivəsində səhiyyə idarəçiliyi, xəstəxanaların maliyyə və strateji idarə olunması, keyfiyyət standartları, insan resursları, təchizat zənciri, səhiyyə marketinqi, pasiyent və həkim hüquqları, eləcə də müasir səhiyyə menecmentinin digər aktual istiqamətləri üzrə panel müzakirələri və master-klasslar keçiriləcək.

Konqresdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev səhiyyə sahəsində dövlət, özəl sektor və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, belə beynəlxalq platformaların innovativ idarəetmə təcrübələrinin paylaşılması, yeni biznes əlaqələrinin qurulması və səhiyyə sektorunun dayanıqlı inkişafına töhfə verməsi baxımından mühüm rol oynadığını bildirib. Tural Mustafayev İCMA-nın bundan sonra da səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın inkişafına dəstəyini davam etdirəcəyini qeyd edib.

Konqresdə dövlət və özəl səhiyyə sektorunu təmsil edən 200-dən çox təsisçi, rəhbər şəxs, direktor, baş həkim və inzibati şöbə rəhbərinin iştirakı nəzərdə tutulur. Tədbir çərçivəsində iştirakçılar səhiyyə idarəçiliyində beynəlxalq təcrübələri müzakirə edir, yeni əməkdaşlıq imkanlarını qiymətləndirirlər.

Tədbirin sonunda “IHMC Baku 2026” Təşkilat Komitəsinin sədri Ravil Tağıyev tərəfindən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayevə konqresin uğurla keçirilməsinə göstərdiyi dəstəyə, səmərəli əməkdaşlığa və tərəfdaşlığa görə plaket təqdim olunub.

Digər xəbərlər

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və “Marsol Group” üzvləri ilə işgüzar görüş keçirilib.

Pəncərə İstehsalçıları Komissiyasının təşəbbüsü ilə işgüzar səhər yeməyi keçirilib.

Şimali Kipr Türk Respublikasının Səhiyyə naziri ilə səhiyyə sektorunda fəaliyyət göstərən sahibkarların iştirakı ilə işgüzar görüş baş tutub.