İCMA-nın sədri Tural Mustafayevlə Kıbrıs Türk İş İnsanları Derneyi nümayəndə heyəti arasında görüş keçirilib.

İyulun 3-də İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) sədri Tural Mustafayevlə Kıbrıs Türk İş İnsanları Derneyi (İŞAD) nümayəndə heyəti arasında görüş keçirilib.

Ölkəmizdə səfərdə olan İŞAD nümayəndə heyətinin tərkibində təşkilatın sədri cənab Enver Mamülcü, baş katib Metin Yılgın, idarə heyətinin üzvü və Azərbaycan üzrə nümayəndəsi İlhami Bilgen, habelə İŞAD üzvü Raci Dörtyıldız yer alıb.

Görüş zamanı İCMA və İŞAD arasında əməkdaşlıq imkanları, birgə layihələrin icrası, biznes forumların təşkili və qarşılıqlı səfərlərlə bağlı fikir mübadiləsi aparılıb. Hər iki təşkilat iqtisadi əlaqələrin gücləndirilməsi və iş adamları arasında birbaşa tərəfdaşlıqların qurulmasının vacibliyini vurğulayıb.

Digər xəbərlər

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirilib