İCMA-nın İdarə Heyətinin növbəti iclası baş tutub.

4 fevral tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin növbəti iclası baş tutub. İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayevin iştirakı ilə keçirilən iclasda fevral ayında baş tutacaq fəaliyyətlər müzakirə olunub.

Görüşdə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) daxilində fəaliyyət göstərən işçi qruplarının məsuliyyət bölgüləri yenidən nəzərdən keçirilib və yeni qaydaların hazırlanması ilə bağlı müvafiq istiqamətlər müəyyənləşdirilib.

Digər xəbərlər

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirilib

“Ana Harayı” abidəsi ziyarət olunub.