İCMA-nın aktiv komissiyalarının sədrləri və müavinləri ilə görüş keçirilib.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev və sədr müavini Ruslan Quliyev Assosiasiyanın aktiv komissiyalarının sədrləri və müavinləri ilə görüş keçirib.

Görüşün əsas məqsədi komissiyaların fəaliyyəti üzrə mövcud vəziyyətin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və gələcək fəaliyyət planlarının dəqiqləşdirilməsi olub.

Görüşdə hər bir komissiyanın gördüyü işlər, çətinliklər və əldə olunan nəticələr barədə məlumatlar dinlənilib, həmçinin gələcək təşəbbüslərin icrası istiqamətində fikir mübadiləsi aparılıb. İdarə heyəti rəhbərliyi komissiyaların fəaliyyətinin İCMA-nın strateji hədəflərinə uyğun şəkildə daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Sonda komissiyaların fəaliyyətinin səmərəliliyini artırmaq, sahibkarların maraqlarını daha effektiv şəkildə təmsil etmək və dövlət–özəl dialoqunun inkişafına töhfə vermək üçün konkret addımların atılması barədə razılıq əldə olunub.

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilib

Azərbaycan-Qətər Birgə Biznes Şurasının ilk iclası keçirilib

“4-cü Marsol Zəfər Kuboku” intellektual yarışı keçirilib.