“Hüquq, Maliyyə və Biznes Konsultasiyası” komissiyasının təşəbbüsü ilə “Mebel” komissiyasının üzvləri ilə görüş təşkil olunub.

6 may 2025-ci il tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) “Hüquq, Maliyyə və Biznes Konsultasiyası” komissiyasının təşəbbüsü ilə “Mebel” komissiyasının üzvləri ilə görüş təşkil olunub.

Görüş zamanı sahibkarlıq fəaliyyətində qarşıya çıxan gömrük prosedurları, vergi qanunvericiliyi və hüquqi tənzimləmələr kimi mövzularda geniş fikir mübadiləsi aparılıb. Müvafiq sahələr üzrə ixtisaslaşmış mütəxəssislərin təqdimatları əsasında iştirakçılara mövcud normativ aktlar, tətbiq edilən qaydalar və bu sahədə tez-tez rast gəlinən problemlər barədə ətraflı məlumat verilib.

Görüş zamanı “Mebel” komissiyasının üzvləri praktiki çətinliklərini bölüşərək konkret hallarla bağlı suallarını səsləndiriblər. Ekspertlər isə bu məsələlərə hüquqi və maliyyə prizmasından real yanaşmalar irəli sürərək iştirakçılara faydalı tövsiyələr təqdim ediblər.

Görüşün əsas məqsədi komissiya üzvlərinin hüquq, vergi və gömrük sahələrində məlumatlılığını artırmaq, onların gündəlik fəaliyyətlərini daha effektiv və qanunauyğun şəkildə həyata keçirmələrinə dəstək olmaq, həmçinin şəffaf idarəetmə prinsiplərinin təşviqinə töhfə vermək olub.

#

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub