“Hüquq, Maliyyə və Biznes Konsultasiya” komissiyasının növbəti görüşü baş tutub.

13 fevral tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayevin iştirakı ilə “Hüquq, Maliyyə və Biznes Konsultasiya” komissiyasının növbəti görüşü baş tutub.

İclasda sahibkarların hüquq və maliyyə sahələrində qarşılaşdıqları çətinliklər, eləcə də bu sahələrdə mövcud olan aktual məsələlər müzakirə olunub. Müzakirələr nəticəsində, qeyd olunan problemlərin həlli və müvafiq istiqamətlər üzrə effektiv fəaliyyətlərin təşkil olunması məqsədilə komissiya daxilində işçi qruplarının formalaşdırılması barədə qərarlar qəbul edilib.

Digər xəbərlər

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirilib