"Tibb Müəssisələri və Həkimlərlə İş Komissiyası"nın iclası baş tutub.

15 yanvar tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) "Tibb Müəssisələri və Həkimlərlə İş Komissiyası"nın birinci rüb üzrə iclası baş tutub.

Görüşdə qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyətlər geniş müzakirə edilib. Xüsusilə, tibb müəssisələrinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, qeyri-hökumət təşkilatları və dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni üzvlərin cəlb olunması, özəl tibb müəssisələrinin qarşılaşdığı çətinliklər və onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasda qəbul edilən qərarlar sektorun inkişafını dəstəkləməyə və tibb xidmətlərinin keyfiyyətinin artırılmasına yönəlib.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq