Azərkosmos’da “Satellite 101” Təlimi!

Azərkosmos’da “Satellite 101” Təlimi!

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Azərkosmos, Newspace və Marsol Academy’nin birgə həyata keçirdiyi layihə çərçivəsində Azərkosmosun əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində təşkil olunan “Satellite 101” təlimində iştirak edərək, kosmik texnologiyalar və peyk sistemləri haqqında dərin biliklər əldə etdik.

 Azərkosmosu yaxından tanıdıq:

▪️Azərbaycanın fəxri olan Azerspace-1, Azerspace-2 və Azersky peykləri barədə ətraflı məlumat aldıq.
▪️Peyklərin rabitə, televiziya yayımı və coğrafi müşahidələrdəki vacib rolunu öyrəndik.
▪️Kosmos texnologiyalarının ölkəmizin inkişafına verdiyi töhfələrə dair real nümunələrə baxdıq.

🛰 Təlimin əsas mövzuları:

▪️Süni peyklərin iş prinsipləri və funksiyaları.
▪️Peyk orbitləri və kosmosda hərəkət dinamikası.
▪️Azərkosmosun idarəetmə mərkəzi ilə tanışlıq və real təcrübələr.

Bu təlim yalnız bilik qazanmaqla kifayətlənmədi, həm də Azərbaycanın kosmik potensialını yaxından görməyimizə şərait yaratdı. Azərkosmosun uğurları ilə qürur duyuruq və bu sahədəki inkişafları həyəcanla izləyirik!

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq