“Qarabağ KOB-ları Proqramının təqdimatı” tədbiri
10 yanvar tarixində İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və KOBİA-nın birgə təşkilatçılığı ilə “Qarabağ KOB-ları Proqramının təqdimatı” tədbiri keçirilib.
Qeyd edək ki, müharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 25 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib, tədbirdə 2 ildir ki uğurla davam edən layihənin 2024-cü il üzrə fəaliyyətlərinə nəzər yetirilib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, proqrama cəlb olunan şəxslər və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan sahibkarlar iştirak ediblər.