İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayev "International Science & Technology" universitetinin rektoru Prof. Dr. Erdal Dursunla görüşüb.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev Polşada yerləşən "International Science & Technology" universitetinin rektoru Prof. Dr. Erdal Dursunla görüşüb.
Görüşdə tələbələr üçün iş dünyasının ehtiyaclarına uyğun müxtəlif təcrübə proqramları, təqaüd imkanları və tələbələrin iş dünyasına inteqrasiyası məsələləri, o cümlədən birgə innovativ layihələrin həyata keçirilməsi mövzularına toxunulub.