“Mebel” komissiyasının növbəti görüşü baş tutdu.
24 dekabr tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının “Mebel” komissiyasının növbəti görüşü baş tutdu.
İCMA-nın “Mebel” komissiyasının növbəti iclasında 2025-ci ilin ilk rübü üçün fəaliyyət planı müzakirə edilərək təsdiq olundu. Görüş çərçivəsində komissiyanın fəaliyyətlərini daha da səmərəli həyata keçirmək məqsədilə daxili işçi qrupları formalaşdırıldı.
Görüş zamanı üzvlər arasında qarşılıqlı əməkdaşlıq və mebel sektoru üzrə qarşıda duran prioritet məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparıldı.