“Tibb müəssisələri və həkimlərlə iş” komissiyasının növbəti görüş
6 dekabr tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının “Tibb müəssisələri və həkimlərlə iş” komissiyasının növbəti görüşü keçirildi.
Görüşdə ilk olaraq sektorial məsələlər ətrafında müzakirələr aparıldı və komissiyanın daxili strukturu ilə bağlı mühüm qərarlar qəbul edildi. Daha sonra işçi qruplarının formalaşdırılması, üzvlər arasında bölgü işlərinin həyata keçirilməsi və 2025-ci ilin birinci rübü üçün fəaliyyət planının hazırlanması üçün işçi qruplarına konkret tapşırıqlar verildi.