İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının Pəncərə İstehsalçıları Komissiyası ilə Azərbaycan Standartlaşdırma İnstitutu əməkdaşları arasında görüş keçirildi.
5 dekabr tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının Pəncərə İstehsalçıları Komissiyası ilə Azərbaycan Standartlaşdırma İnstitutu əməkdaşları arasında görüş keçirildi.
Görüş zamanı Azərbaycanda pəncərə istehsalı sahəsində yeni standartların formalaşdırılması ilə bağlı mühüm müzakirələr aparıldı. Tədbirdə pəncərə istehsalında keyfiyyətin artırılması, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğun təmin edilməsi, eləcə də beynəlxalq standartlara inteqrasiya ilə bağlı təkliflər irəli sürüldü.