Azərbaycan-Qətər Dəyirmi Masası

21 oktyabr Doha turunun ikinci günü Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı, “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi ilə təşkil olunan Azərbaycan-Qətər Dəyirmi Masasında iştirak etdik.
Tədbirdə Azərbaycan və Qətərin sənaye, turizm, xidmət, İKT və s. sektorlarında fəaliyyət göstərən 60-dan çox iş adamı da iştirak edib.

Dəyirmi masada çıxış edən Qətər Ticarət və Sənaye Palatasının sədr müavini Rəşid bin Hamad Əl-Əthba, Azərbaycan Respublikasının Qətər dövlətində fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, sahibkarlıq sahəsində əməkdaşlıq, işgüzar əlaqələrin genişləndirilməsi imkanları və iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin reallaşdırılması perspektivləri barədə fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində Marsol Group partnyorlarının iştirakı ilə Azərbaycan və Qətər iş adamları arasında B2B görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, tədbirdən sonra KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla görüşümüz baş tutub. Görüş çərçivəsində B2G formatında dialoqlar, KOB-lara göstərilən dəstək və xidmətlər barədə müzakirələr aparılıb.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq