Anım Gününə həsr olunmuş qanvermə aksiyası ilə bağlı görüş

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankının tərəfdaşlığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi altında keçirilən qanvermə aksiyasında fəal iştirak edən şirkət rəhbərləri ilə görüş keçirilib.
Sahibkarlar, şirkət əməkdaşları, eləcə də KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri olmaqla 500-ə yaxın şəxsin qan verdiyi aksiyada 20-dən çox əməkdaşı ilə iştirak edən şirkət rəhbərlərinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası adından təşəkkürnamə təqdim olunub.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq