Dövlət Məşğulluq Agentliyi ilə işəgötürənlər arasında görüş
Sentyabrın 30-u İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Marsol Region-un təşkilatçılığı ilə Lənkəran rayonunda Dövlət Məşğulluq Agentliyi və işəgötürənlər arasında görüş baş tutub.
İCMA üzvləri, Marsol Group partnyorları və Lənkəranda fəaliyyət göstərən Marsol Region partnyorları bir araya gəlib.
"Sahibkarlara dəstək mexanizmləri" adlı görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev də iştirak edib.
Görüş zamanı partnyorlarımızın ixtisaslı kadr tapmaqda üzləşdiyi çətinliklərin həlli yolları müzakirə edilib.
Müzakirələr zamanı partnyorlarımız ixtisaslı kadr tapmaqda qarşılaşdıqları çətinlikləri dilə gətiriblər. Bununla yanaşı, görüşdə kadrların peşə bacarıqlarının və potensiallarının inkişaf etdirilməsi istiqamətində birgə əməkdaşlıq imkanlarından danışılıb.
Daha sonra, iştirakçılar rayonda fəaliyyət göstərən “İpək Yolu” un məmulatlarının istehsalatını ziyarət ediblər. Müəssisənin rəhbəri Ruslan Məmmədov iştirakçıları məhsulların istehsal prosesi ilə yaxından tanış edib.