UNEC- “Təhsildən biznesə: tələbələr üçün karyera yolu”

30 Aprel tarixində Universitet-Sənaye İşbirliyi çərçivəsində  Azərbaycan İqtisad Universitetində "Təhsildən biznesə: tələbələr üçün karyera yolu" layihəsinin növbəti görüşü baş tutdu!
Marsol Karyera və İnkişaf Mərkəzi, Marsol Group, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və Azərbaycan İqtisad Universitetinin birlikdə təşkil etdiyi panel-görüşdə universitetin magistr pilləsində təhsil alan tələbələri iştirak etdi.
 İlk olaraq  UNEC- Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Aytən Hüseynli mərkəzin fəaliyyəti haqqında məlumat verdi daha sonra İş adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA-nın İdarə Heyəti Sədrinin müavini Bilal Qasımlı tədbir ilə bağlı ümumi məlumat verdi və Bilal bəyin moderatorluğu ilə davam edən tədbirdə “Azestetik Group” şirkətinin həmtəsisçisi Fariz Məmmədov, “BF Group” şirkətinin təsisçisi Fizuli Bayramov, “Growth Guide” şirkətinin təsisçisi Qoşqar Qədimbəyli və “Pan Coffee” şirkətinin təsisçisi Vüsal Musayev gənclərlə təcrübələrini bölüşərək səmimi sual-cavab sessiyası etdilər. 
Tədbirə tələbələrlə yanaşı Marsol Development Center-in “Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları da qatıldı.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq