"Sahibkarlar günü" ilə bağlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.
"Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" adlı tədbirdə isə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarlar, ictimai birliklərinin nümayəndələri, eləcə də İş adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA-nın üzvləri iştirak ediblər.
Dövlət qurumlarının çıxışları zamanı ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən, özəl sektorun formalaşması və inkişafında ulu öndərin rolu, bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, özəl sektorun inkişafı, sahibkarların sosial rifah və məşğulluqda rolu, kiçik və orta biznesin inkişafının prioritetliyi, dövlət-özəl dialoqunun əhəmiyyəti barədə məlumat verilib.