İCMA-nın Milli Assosiasiyasının üzvləri Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclasında iştirak ediblər.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvləri Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclasında iştirak ediblər.
İşgüzar Şura çərçivəsində iki ölkə arasında sıx əməkdaşlığın, iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı istiqaməti müzakirə olunub.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel  Orta Dəhlizin inkişafına yönəlmiş layihələr və iki dövlət arasında ticarət dövriyyəsinin daha da artması üçün mövcud potensiallar haqqında danışıb.
Qazaxıstan Respublikası Sahibkarlar Təşkilatları Milli Palatası "Atameken" və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Tədbir hər iki ölkədən iş adamları arasında B2B görüşlərlə davam edib.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq