“Sahibkarlarla iftar süfrəsi” adlı tədbir baş tutub.

“Sahibkarlarla iftar süfrəsi” adlı tədbir baş tutub.

14 mart tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının təşkilatçılığı ilə "Fairmont Baku”da Ramazan ayı münasibətilə 500-dən çox sahibkarın iştirak etdiyi “Sahibkarlarla iftar süfrəsi” adlı tədbir baş tutub.

Tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri də iştirak ediblər.

Tədbir KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun açılış nitqi ilə başlayıb. O, öz çıxışında ilk əvvəl Ramazan ayı münasibətilə hər kəsi təbrik edib. Daha sonra sahibkarlığın sürətli inkişafını, bu tip tədbirlərin mahiyyətini və böyük bizneslərin formalaşmasını təmin edən KOBİA-nın kiçik və orta bizneslər üçün biznes mühitinin yaxşılaşdırılmasına dair öhdəliklərini vurğulayıb.

Növbəti çıxış üçün söz İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayevə verilib. O, çıxışı zamanı iştirakçıları salamlayıb, İCMA-nın fəaliyyət istiqamətləri və dövlət qurumları ilə işadamları arasında digər təşəbbüskar layihələrin həyata keçirilməsində rolunu vurğulayıb.

Tədbirin davamında İCMA-nın tərəfdaşlığı ilə 24-26 iyun tarixlərində keçiriləcək “5. Yerli Şirkətlərin Tanıtım Sərgisi” və təşkilatın fəaliyyətini əks etdirən video çarx təqdim edilib.

Görüş sahibkarlar və dövlət qurumu nümayəndələri ilə yeni tanışlıqlar və əməkdaşlıqlara imkan yaradıb. 

İştirakçılara yeni layihələr və yeni ideyalarla görüşmək ümidi ilə təşəkkürümüzü bildiririk!

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq