Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib.

Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan iş adamları ilə yerli sahibkarlar arasında görüş keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının dəstəyi ilə “Bakı KOB evi”ndə keçirilən tədbirdə Türkiyə və Azərbaycan iş adamları arasında birgə əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə edilib.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Qəhrəmanmaraş  Ticarət və Sənaye Palatasının sədri Mustafa Buluntu, Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının sədri Cengiz Aygör iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığa, qarşılıqlı investisiya qoyuluşu imkanlarına, eləcə də zəlzələdən əziyyət çəkmiş Qəhrəmanmaraşda həyata keçirilən yenidənqurma işlərində Azərbaycanın roluna dair fikirlərini bölüşüblər.
Tədbirdə hər iki ölkədən xidmət, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm və s. sektorlarda fəaliyyət göstərən 150-yə yaxın sahibkar iştirak edib. İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvləri də tədbirdə iştirak edərək Azərbaycan və Türkiyə iş adamları arasında təşkil olunan B2B görüşlər çərçivəsində ticarət və investisiya sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq