Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və dövlət qurumu nümayəndələri arasında “Sahibkarların dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılması” adlı işgüzar görüş keçirilib.
16 may tarixində Lənkəran şəhərindəki “Hirkan Park Hotel”də təşkil olunan görüşdə, Marsol Region və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) üzvləri ilə bir sıra dövlət qurumu nümayəndələri bir araya gəlib. Görüş çərçivəsində sahibkarlar öz bizneslərinin aktual məsələlərini müzakirə edərək, dövlətin təqdim etdiyi dəstək mexanizmləri haqqında ətraflı məlumat əldə ediblər.
İştirakçılar, praktiki məsləhətlər əsasında bu mexanizmlərin effektiv istifadəsi barədə məlumatlandırılıb, sual-cavab hissəsində öz suallarına cavab tapıblar.



