CICA Biznes Forumu keçirilib.

20 may tarixində “The Ritz-Carlton”da Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) çərçivəsində Asiya regionunda və CICA üzv dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, sərmayə imkanlarının genişləndirilməsi, dayanıqlı və inklüziv iqtisadi modellərin təşviqi məqsədli CICA Biznes Forumu keçirilib.

Tədbirdə CICA regionunda kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətinin artırılması, dövlət dəstəyi mexanizmləri və sərmayə imkanları, KOB-ların yaşıl keçid və dayanıqlı inkişafı, qadın sahibkarlığının təşviqi mövzuları müzakirə olunub.

Forumda nüfuzlu beynəlxalq ekspertlər, dövlət qurumlarının nümayəndələri, sahibkarlar və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri iştirak edib təcrübə paylaşımı və yeni əməkdaşlıqların qurulması üçün imkan yaranıb.

#

Digər xəbərlər

İCMA-nın təşəbbüsü ilə səhiyyə sektorunda dövlət–özəl əməkdaşlığı müzakirə olunub

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub