“Biznes analitika və risklər” mövzusunda təlim təşkil olunub.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində “Biznes analitika və risklər” mövzusunda təlim təşkil olunub.

Yanvarın 24-ü “Bakı KOB evi”ndə baş tutan təlimdə iqtisadçı və maliyyə məsələləri üzrə ekspert Elman Sadıqov biznes analitika sahəsində yeni yanaşmalar təqdim edib. Təlimçi, biznes analitikanın əsasları və növləri, bu sahədə yaranan səhv düşüncələr kimi mövzulara toxunub.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə təşkil olunan layihə çərçivəsində təlimlər və tədbirlər, işgüzar səhər yeməkləri, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər baş tutacaq.

Layihənin baş sponsoru “Esen Tekstil”, sponsoru “Nur Collection”, tərəfdaşı “Soel Parfum” media tərəfdaşı isə “Sharaf Media”dır.

Digər xəbərlər

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub

İCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilib