“Bakı KOB Evi”ndə “Kapital bazarının inkişafı: mövcud imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə baş tutub.

Fevralın 10-u Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə “Bakı KOB Evi”ndə “Kapital bazarının inkişafı: mövcud imkanlar və perspektivlər” mövzusunda ictimai müzakirə baş tutub.

KOBİA, (Baku Stock Exchange) Bakı Fond Birjası (BFB) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi ilə baş tutan ictimai müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri, kapital bazarının iştirakçıları və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvləri iştirak edib.

Tədbirdə kapital bazarının, alternativ maliyyə mənbələrinə çıxış əldə etməyin əhəmiyyətləri vurğulanıb, qiymətli kağızlar bazarı sahəsində mövcud vəziyyət və çətinliklər, qarşıda duran hədəflər və KOB subyektləri üçün imkanlar müzakirə olunub.

Digər xəbərlər

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib.

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin yekun tədbiri keçirilib.

İCMA-nın təşəbbüsü ilə təhsil sektoruna həsr olunmuş sektorial görüş keçirilib