Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (təlim)

Mayın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi tərəfindən biznes subyektləri üçün növbəti təlim keçirilib.

Təlim Dövlət Gömrük Komitəsi tərəfindən ənənəvi keçirilən sorğuların nəticəsinə əsasən sahibkarların gömrük məsələləri üzrə rəy və təkliflərinə müvafiq olaraq onların məlumatlandırılması məqsədilə təşkil edilib.

Marsol Group partnyorlarının da iştirak etdiyi tədbirdə gömrük əməkdaşları tərəfindən “Azərbaycan Respublikasında tətbiq olunan qadağa və məhdudiyyət tədbirləri”, “Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət qaydaları və ekspertiza prosesinin təşkili”, “Elektron gömrük xidmətlərindən istifadə: “e-customs” platformasında tətbiq edilən xidmətlər” mövzularında təqdimatlar nümayiş etdirilib.

Yekunda sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların rəy və təklifləri dinlənilib, praktiki izahlar təqdim olunub və sualları cavablandırılıb.

Digər xəbərlər

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və “Marsol Group” üzvləri ilə işgüzar görüş keçirilib.

Pəncərə İstehsalçıları Komissiyasının təşəbbüsü ilə işgüzar səhər yeməyi keçirilib.

İCMA-nın təşkilatçılığı ilə I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi – “IHMC Baku 2026” öz işinə başlayıb