Vüqar Zifəroğlu
İdarə Heyətinin üzvü
Vüqar Zifəroğlu (Əliyev)
1978-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 190 nömrəli orta məktəbi bitirib. 1995–2001-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Jurnalistika ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Müxtəlif media orqanlarında çalışmış, 2001-ci ildən BDU Jurnalistika fakültəsində dərs deyir və 2017-ci ildən fakültənin dekanıdır.
2005-ci ildə namizədlik, 2017-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, filologiya elmləri doktorudur. İki monoqrafiya, üç dərs vəsaiti, bir bədii roman və üç tarixi araşdırma kitabının müəllifidir.
2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsis edilmiş "BDU-100" yubiley medalı ilə, 2020-ci ildə isə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı ilə təltif olunmuşdur.
Azərbaycan Mətbuat Şurasının sədr müavini, Media İnkişaf Agentliyinin Müşahidə Şurasının üzvü və "Crossmedia.az" analitik informasiya portalının rəhbəridir.