Vahid Hüseynov

İdarə Heyətinin üzvü
Vahid Hüseynov 6 iyul 1978-ci ildə Naxçıvan MR, Sədərək rayonunda anadan olub. 1984–1995-ci illərdə Kimya-Biologiya təmayüllü liseydə təhsil alıb. 1995-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1999-cu ildə həmin universiteti bitirib. 1999–2000-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2012-ci ildən “Kovrolin.az” şirkətini təsis etmiş və hal-hazırda həmin şirkətdə direktor vəzifəsini icra edir. O, eyni zamanda “İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (ICMA)”nın idarə heyətinin üzvüdür. Ailəlidir və iki qızı, bir oğlu var.