Ramal Şəmşədli

İdarə Heyətinin üzvü
Ramal Həsrət oğlu Şəmşədli 30 mart 1993-cü ildə Gədəbəydə anadan olub. 2015-ci ildə Türkiyənin Malatya İnönü Dövlət Universitetinin Biznes İdarəetmə fakültəsini bitirib. Təhsil illərində xarici tələbələr təşkilatına və Azərbaycan tələbələrinə rəhbərlik edib, milli dəyərlərin tanıdılması istiqamətində tədbirlər təşkil edib. 2017-ci ildən sahibkarlıqla məşğuldur. 2018-ci ildə “Beynəlxalq Təhsil Mərkəzi” MMC-ni təsis edərək bu günədək rəhbərlik edir. 2021-ci ildən “Təşəbbüslər və Layihələr Mərkəzi”ndə layihə meneceridir. İsveçrənin Montreux Business School universitetində “Strategic Management” magistr dərəcəsinə və həmin universitetin fəxri doktor adına malikdir. “İş Adamlarının Cəmiyyətinin Milli Assosiasiyası”nın İdarə Heyətinin üzvüdür.