Nəsimi Xasıyev
İdarə Heyətinin üzvü
Nəsimi Xasİyev 15 aprel 1975-ci ildə Qax şəhərində anadan olub. 1992-ci ildə Türkiyə Respublikası İstanbul Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin universitetdən məzun olub.
1997–1999-cu illərdə Rusiya Federasiyasının Volqoqrad şəhərində “MKD Limited” LLC şirkətində çalışıb. 1999–2001-ci illərdə fərdi bizneslə məşğul olmuşdur. 2001–2009-cu illərdə Qax Rayon Təhsil Şöbəsində baş iqtisadçı vəzifəsini icra etmişdir.
2009–2017-ci illərdə Bank Respublika ASC-də kredit mütəxəssisi, filial müdiri və Kredit departamentində şöbə müdiri kimi müxtəlif vəzifələrdə çalışmışdır. 2017-ci ilin fevral ayından etibarən Kapitalbankda fəaliyyət göstərir və hal-hazırda həmin bankın yenilənmiş adı ilə Birbankda Kiçik və Orta Sahibkarlar üzrə İş Departamentinin direktoru vəzifəsini icra edir.