Murad Adışirinli

İdarə Heyətinin üzvü
Adisirinli Murad Elşəgər oğlu 14 yanvar 1985-ci ildə Şəki şəhərində anadan olub. 1990–1997-ci illərdə Şəki şəhərində 11 saylı orta məktəbi, 1997–2001-ci illərdə isə Şəki Humanitar Təmayüllü Liseyini bitirmişdir. 2001–2006-cı illərdə Milli Aviasiya Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə ali təhsil almışdır. 2009–2011-ci illərdə Şəki şəhəri Çeşməli kəndində icra nümayəndəsinin müavini və kiçik dövlət qulluqçusu olaraq fəaliyyət göstərmişdir. 2011–2012-ci illərdə Deka Bankın kredit departamentində çalışmışdır. 2013-cü ildən “Texnogallery” MMC-ni təsis etmiş və hal-hazırda həmin şirkətdə direktor vəzifəsini icra edir.