Fazil Canayev

İdarə Heyətinin üzvü
25 aprel 1980-ci ildə Ermənistan SSR-in Quqark rayonu, Arçut kəndində anadan olub. Orta təhsilini Bakı şəhərində 115 saylı məktəbdə almış, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və Kredit” ixtisası üzrə bakalavr və magistr dərəcələrini qazanmışdır. Əmək fəaliyyətinə 2004-cü ildə Azərbaycan Mərkəzi Bankında başlamışdır. 2007–2013-cü illərdə “Lider-M” MMC-də layihə meneceri, 2013–2015-ci illərdə isə “SUNNY Electronics” mağazalar şəbəkəsinin idarə heyətinin üzvü olmuşdur. 2015-ci ildən “Sarp Systems” MMC-nin, 2024-cü ildən isə “Smart Clinic” MMC-nin təsisçisi və direktorudur.