Elməddin Nuriyev

İdarə Heyətinin Üzvü
Nuriyev Elməddin Lətif oğlu 30 aprel 1981-ci ildə Qubadlı rayonunun Saray kəndində anadan olmuşdur. 1987–1998-ci illərdə Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 253 nömrəli orta məktəbdə orta təhsil almışdır. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetində ali təhsil almışdır. 2002–2003-cü illərdə 112 saylı hərbi hissənin sülhməramlı taborunda müddətli həqiqi hərbi xidmət keçmişdir.