Eldəniz Səfərov

İdarə Heyətinin üzvü
Səfərov Eldəniz Cabbar oğlu 02 iyun 1963-cü ildə Xanlar rayonu Çaykənd kəndində anadan olmuşdur. 1970–1980-ci illərdə Bakı şəhəri 250 nömrəli orta məktəbi bitirmişdir. 1986-cı ildə Kaliningrad Texniki İnstitutunun Texnologiya fakültəsini bitirmişdir. 1986–1991-ci illərdə SSRİ-nin REFTRANSFLOT şirkətində texnolog vəzifəsində çalışmışdır. 1993–1995-ci illərdə Türkiyədə “DERENDERİ” şirkətində direktor vəzifəsini icra etmişdir. 1995–1996-cı illərdə Bakı şəhəri, Nəsimi rayonu 39 nömrəli gastronomda müdür vəzifəsində çalışmışdır. 1997–2002-ci illərdə aviakompaniya “Samara”nın Gəncə nümayəndəsi vəzifəsində fəaliyyət göstərmişdir. 2002-ci ildən hal-hazıradək “Qlobus” MMC-nin təsisçisi və direktoru olaraq fəaliyyət göstərir. 2006–2007-ci illərdə Aviasiya Akademiyasında ikinci ixtisas almışdır.