Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüş – 28.07.2026 

28 iyul tarixində İşgüzar Şamaxı səfəri çərçivəsində 40-a yaxın İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvünün Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ilə görüşü baş tutub.

Marsol Group və İCMA-nın təşkilatçılığı ilə keçirilən görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək rayonda sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, investisiya mühitinin yaxşılaşdırılması və biznes fəaliyyətinin genişləndirilməsi üçün yaradılan imkanlardan bəhs edib. Bildirilib ki, Şamaxının turizm, kənd təsərrüfatı, üzümçülük, şərabçılıq və digər iqtisadi sahələr üzrə potensialı regionun inkişafı üçün mühüm perspektivlər yaradır.

Həmçinin, Marsol Group və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək İCMA-nın sahibkarlığın inkişafı, işgüzar əlaqələrin genişləndirilməsi və regionlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, bu cür görüşlərin dövlət–özəl sektor əməkdaşlığının inkişafına və yeni biznes tərəfdaşlıqlarının formalaşmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

Tədbir çərçivəsində sahibkarlar fəaliyyət istiqamətləri barədə məlumat verərək fikir mübadiləsi həyata keçiriblər.

Sonda İCMA tərəfindən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova xatirə hədiyyəsi təqdim olunub.

Digər xəbərlər

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və “Marsol Group” üzvləri ilə işgüzar görüş keçirilib.

Pəncərə İstehsalçıları Komissiyasının təşəbbüsü ilə işgüzar səhər yeməyi keçirilib.

İCMA-nın təşkilatçılığı ilə I Beynəlxalq Türkdilli Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi – “IHMC Baku 2026” öz işinə başlayıb