İCMA ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi görüş

İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi-ndə görüş baş tutub. Görüşdə İCMA üzvü sahibkarlar iştirak edib.

Tədbirdən öncə qonaqlar üçün mərkəzdə infotur təşkil olunub, iştirakçılara təhsil müəssisəsinin imkanları, müasir tədris infrastrukturu və praktiki təhsil prosesi barədə məlumat verilib. Daha sonra sahibkarlar arasında qeyri-rəsmi ünsiyyət məqsədilə coffee break keçirilib.

Görüş zamanı əmək bazarının tələblərinə uyğun peşəkar kadr hazırlığı, biznes və peşə təhsili əməkdaşlığı, eləcə də gələcək birgə layihələr ətrafında müzakirələr aparılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxışında dövlət–özəl sektor əməkdaşlığının peşə təhsilinin inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, sahibkarların prosesə aktiv cəlb olunması əmək bazarının ehtiyaclarına uyğun peşəkar kadrların hazırlanmasına töhfə verir.

İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev isə çıxışında peşə təhsilinin sahibkarlığın inkişafı və gənclərin məşğulluğu baxımından əhəmiyyətini vurğulayıb. O, biznes və təhsil tərəfdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib. Daha sonra iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə İCMA arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sonda İCMA tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyinə xatirə hədiyyəsi təqdim olunub.

Digər xəbərlər

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (təlim)

Qax Rayon İcra Hakimiyyətinin başçısı ilə görüş baş tutub

“Tekstil sektoru”na həsr olunmuş sektorial görüş təşkil olunub.