Hüquq, Maliyyə və Biznes Konsultasiya Komissiyasının növbəti görüşü baş tutub.

Sentyabrın 16-da İş adamları Cəmiyyətinin Milli Assosiasiyasında (İCMA) Hüquq, Maliyyə və Biznes Konsultasiya Komissiyasının növbəti görüşü baş tutub.

Görüş zamanı dövlət qurumları ilə əməkdaşlığa dair uyğun təkliflərin hazırlanması, sahibkarlığın inkişafına dəstək məqsədli təşəbbüslərin irəli sürülməsi və qarşıdakı dövrdə həyata keçirilməsi planlaşdırılan tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, biznes mühitində aktual olan hüquqi və maliyyə məsələləri, vergi və hesabatlılıqla bağlı yeniliklər müzakirə edilib.

Görüşün sonunda İCMA üzvlərinə üzvlük vəsiqələri və sertifikatları təqdim olunub.

Digər xəbərlər

“Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyinə təsirlərin qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə keçirilib.

Ulu Öndərin məzarı ziyarət olunub

İCMA-nın təşəbbüsü ilə hüquq, maliyyə və biznes konsultasiyası sektoru üzrə görüş keçirilib