İCMA ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında işgüzar görüş keçirilib.

18 aprel tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında işgüzar görüş keçirilib.

Görüşdə İCMA-nın rəhbər heyəti, “Hüquq, Maliyyə və Biznes Konsultasiya” komissiyasının üzvləri, eyni zamanda Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Tərəflər arasında baş tutan müzakirələrin əsas mövzusu sahibkarların real fəaliyyəti zamanı rastlaşdığı praktiki vergi çətinlikləri, mövcud qanunvericiliyin tətbiqi ilə bağlı qeyri-müəyyənliklər, həmçinin bu halların aradan qaldırılması istiqamətində mümkün həll yolları olub. Görüş çərçivəsində vergi öhdəliklərinin yerinə yetirilməsi prosesində meydana çıxan sistemli məsələlərə dair İCMA tərəfindən hazırlanmış təkliflər paketi təqdim edilib.

Digər xəbərlər

“Tibb Müəssisələri və Həkimlərlə iş” komissiyasının növbəti iclası baş tutdu.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüş – 28.07.2026 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA) və “Marsol Group” üzvləri ilə işgüzar görüş keçirilib.