Natiq Aydayev
İdarə Heyətinin üzvü
Natiq Fəxrəddin oğlu Aydayev 1987-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 246 saylı orta məktəbdə almışdır. 2005-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (keçmiş Dövlət Neft Akademiyası) Energetika fakültəsinə daxil olmuş və 2009-cu ildə akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir.
2005-ci ildən kommersiya fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Həmin ildə AZELM MMC-nin təsis edilməsində iştirak etmiş və müəssisədə iş fəaliyyətinə başlamışdır. 2009-cu ildən etibarən AZELM MMC-də direktor vəzifəsini icra etmişdir. 2010-cu ildə Caspian Energy Construction MMC-nin təsis edilməsində iştirak etmiş və burada fəaliyyətini davam etdirmişdir. 2016-cı ildə müəssisənin adı Caspian Energy Group MMC olaraq dəyişdirilmişdir. Bu müəssisədə müxtəlif vəzifələrdə çalışmış, direktor vəzifəsinə qədər yüksəlmişdir. Hal-hazırda həm müəssisənin təsisçilərindən biridir, həm də direktor vəzifəsini icra edir. Şirkət müxtəlif istiqamətlərdə biznes fəaliyyəti göstərir.
Ailəlidir və üç övladı var.